"Qəbələ" məşqlərə başladı

00:44 - 13 Yanvar 2018

“Qəbələ” 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirir. 

 

Sportal.az xəbər verir ki, “Akhisar Bələdiyyəspor”la yanvarın 10-da keçirilən yoxlama oyunundan (1:1) sonra bir günlük istirahət verən “qırmızı-qaralar” məşqlərini bərpa edib. 

 

Komanda toplanışın 8-ci gününü iki məşqlə başa vurub. Günün ilk yarısında fitnes zalında çalışan futbolçular fiziki hazırlıq keçib. Axşam məşqini meydanda gerçəkləşdirən Roman Qriqorçukun komandası toplu çalışmalara üstünlük veriblər. 

Xəbər xətti