“Qəbələ” 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirir.
Sportal.az xəbər verir ki, “Qırmızı-qaralar” Antalyada keçirilən təlim-məşq toplanışının 10-cu gününü başa vurublar.
Komanda günü iki məşqlə tamamlayıb. Futbolçular günün ilk yarısında fitnes zalında çalışıblar. Onlar iki qrupa bölünərək fiziki hazırlıq təmrinlərini yerinə yetiriblər.
Axşam məşqində “qırmızı-qaralar” toplu çalışmalara üstünlük veriblər. Roman Qriqorçukun yetirmələrinin məşq prosesi ikitərəfli oyunla yekunlaşıb.
saytlarin hazirlanmasi