Roman Qriqorçuk: "Müsbət məqam çox idi"

00:00 - 25 Yanvar 2018

Türkiyənin Antalya şəhərində keçirilən “Qəbələ” – “Rabotniçki” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk yoxlama görüşü haqda fikirlərini açıqlayıb.

 

Sportal.az saytı sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir: 

 

“Bu gün oyun vaxtını futbolçular arasında bölmüşdük. İstədiyimiz də uğurlu alındı. Milli komandanın üzvlərinə daha çox oynamaq imkanı verdik ki, onlar yığmaya tam qaydasında yollansınlar. Yanvarın 27-də keçirəcəyimiz oyunda onlara az şans verəcəyik. Ola bilər ki, bu oyunçular istirahət etsin. Onlar ayın 30-da meydana çıxacaq və bir qarşılaşmadan sonra geri dönəcək. “Rabotniçki” ilə matça gəlincə, qarşılaşmada yetərincə məlumat əldə etdik. Yoxlama matçlarında belə olur. Bu gün müsbət məqam daha çox idi. Əlbəttə ki, səhvlər də oldu. Ümumilikdə hazırlıq öz qaydasında gedir. Bu oyunun əvvəlki iki matçdan aşkar fərqləndiyini deməzdim. Amma ümumilikdə yaxşı oyun oldu. Həmin matçlarda da imkanlarımız olmuşdu. Müsbət məqam kimi onu qeyd edərdim ki, bütün futbolçuları meydanda görə bildik. Bunu əvvəl gerçəkləşdirə bilmirdiksə, bu dəfə hər şey plana uyğun şəkildə oldu. Bu da müsbət məqamdır”.

Xəbər xətti