Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Qəbələ” növbəti yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Roman Qriqorçukun komandası Rusiya təmsilçisi “Arsenal”la qarşılaşıb. Matç 3:3 hesabı ilə başa çatıb.
Xatırladaq ki, "Qəbələ" bundan əvvəl Türkiyənin “Akhisar Bələdiyyəspor”u ilə heç-heçə (1:1) edib, İsveçrə “Sürix”inə uduzub (0:1), Makedoniya “Rabotniçki”nə qalib (2:1) gəlib.
"Qəbələ" - "Arsenal" (Rusiya) - 3:3
Qollar: Ozobiç, 17, Stiven Monroz, 32, Vitali Vernidub, 83 - Berxamov, 2, 28, 45
saytlarin hazirlanmasi