“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası Gürcüstanda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, 2017/18 mövsümünün ikinci yarısına hazırlığı Tiflisdə davam etdirən “qırmızı-qaralar” “VİT-Corciya” klubu ilə üz-üzə gəlib. Qarşılıqlı hücumlar şətaitində keçən matçın ilk 45 dəqiqəsində qapılara qol vurulmayıb. Fasilədən sonra qol imkanlarından daha yaxşı istifadə edən Gürcüstan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.
Yanvarın 26-dan qonşu ölkədə hazırlıq keçən əvəzedicilər növbəti yoxlama matçına ayın 28-də çıxacaq. Emin İmaməliyevin yetirmələri “Saburtalo” klubunun əvəzediciləri ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi