Vernidub: "Yavaş-yavaş optimal formamı əldə edirəm" VİDEO

15:51 - 30 Yanvar 2018

"Toplanış yaxşı keçir. Komanda hazırlaşır. Hamı yaxşı əhval-ruhiyyədədir. Gərgin işlə çempionatın ikinci yarısına hazırlaşırıq. Özüm haqda deyim ki, yavaş-yavaş optimal formamı əldə edirəm. Ümid edirəm ki, rəsmi oyunlara qədər tam şəkildə hazır olacam".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Vitali Vernidub Antalyadakı hazırlıq prosesi barədə fikirlərini Qəbələ TV-yə açıqlayarkən deyib. Ukraynalı müdafiəçi oynadıqları yoxlama görüşlərinin yaxşı alındığını bildirib:

 

"İki oyunumuz da hələ qalıb. Məncə, həmin oyunlarda da çatışmazlıqları aradan qaldırıb əvvəlki səviyyəyə gəlib çata bilərik. Toplanış ötən il keçdiyimizdən fərlqənmir. Normalda olduğu kimi yenə də yolunda gedir. Üç ildir buradayam. Görürəm ki, hər şey  planlaşdırıldığı kimi gedir və o tempdə də davam edir".

 

Xəbər xətti