“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası Gürcüstanda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, 2017/18 mövsümünün ikinci yarısına hazırlığı Tiflisdə davam etdirən “qırmızı-qaralar” yerli "Saburtalo"nun əvəzedici komandasıyla qarşılaşıb.
Oyun Emin İmaməliyevin yetirmələrinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb. Həmin yeganə qolun müəllifi 62-ci dəqiqədə fərqlənən Veysəl Rzayev olub.
"Qəbələ" sonuncu matçını sabah Tiflis "Lokomotiv"inin əvəzediciləriylə keçirəcək. Komanda ilk oyunda “VİT-Corciya”ya 0:2 hesabıyla uduzub.
saytlarin hazirlanmasi