“Bu oyundan, matçın baş tutmasından razıyam. Yaxşı məşq alındı. Qarşılaşmada futbolçular və durumumuz barədə çox məlumat əldə etdik. Düzgün məşq keçdik. Bu matçı yaxşı qiymətləndirirəm".
Sportal.az saytı xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı çərçivəsində “Bohemians”ə (Çexiya) 1:3 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib.
O, bildirib ki, narazı qaldığı məqamlar da olub: "Amma buna və fərdi xətalara ayrı-ayrılıqda fikir verə bilmərik. Biz oyunu qlobal, bütöv şəkildə təhlil etməliyik. Bu baxımdan hər şey qaydasındadır. Lakin aldığımız məlumat təkmilləşməyə, qısa zamanda müəyyən düzəlişlərə məcbur edir. Biz də bununla məşğul olacağıq. Çox yaxşı hazırlıq keçdik. Mənfi saya biləcəyimiz çox az məqam var. Qalan qısa müddətdə bəzi məqamları çatdıra biləcəyimiz qədər düzəldəcəyik. Ümumilikdə isə hazırlıq prosesi ilə bağlı hər şey yaxşıır”.
saytlarin hazirlanmasi