"Qəbələ" 2017/18 mövsümünün ikinci yarısına hazırlıqlarını Türkiyənin Anltalya şəhərində davam etdirir. Gloria oteldə məskunlaşan komanda toplanışın son günlərini də aktiv proqramla keçirir.
Sportal.az xəbər verir ki, ötən gün komandanın yerləşdiyi otelə gələn azərbaycanlı hakimlər - İnqilab Məmmədov və Mübariz Haşımov məşqçi və futbolçu heyəti ilə görüş keçirib. Hakimlər futbol qaydalarına edilən son dəyişikliklərdən danışıb, futbolçulara ətraflı məlumat veriblər. Oyundankənar vəziyyət, cərimə zərbələri, penalti və simulyasiya hərəkətləri ilə bağlı qaydalarda edilən dəyişikliklər videosüjetlərlə ətraflı izah edilib.
Sonda komandanın baş məşqçisi Roman Qriqorçuk qonaqlara təşəkkür edib, qarşıdakı çempionat oyunlarının idarəçiliyində uğurlar diləyib.
saytlarin hazirlanmasi