Antalyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” bu gün hazırlıq çərçivəsində son oyununu keçirib.
Sportal.az xəbər verir ki, Roman Qriqorçukun yetirmələri Makedoniyanın “Şkendiya” klubuyla qarşılaşıb. Qarşılaşma əyalət təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
“Qəbələ” Antalya toplanışı çərçivəsində Türkiyənin “Akhisar Bələdiyyəspor” (1:1), İsveçrənin “Sürix” (0:1), Makedoniyanın “Rabotniçki” (2:1), Rusiyanın “Arsenal” (3:3) və Çexiyanın “Bohemians” (1:3) klubları ilə üz-üzə gəlib.
Yoxlama oyunu
3 fevral
Qəbələ (Azərbaycan) - Şkendiya (Makedoniya) 0:2
saytlarin hazirlanmasi