"Qəbələ" "Qarabağ"la oyuna hazırlaşır

01:26 - 7 Fevral 2018

“Qəbələ” Topaz Premyer Liqasının XV turunun hazırlıqlarına start verib. 

 

Sportal.az xəbər verir ki, Türkiyə toplanışının ardından bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” bu gün Bakıda bir araya gəlib. 

 

Mövsümün ikinci yarısına “Qarabağ”la səfər oyunu ilə start verəcək “Qəbələ” oyunun hazırlıqlarını paytaxtda davam etdirir. Günün ikinci yarısında baş tutan bugünkü məşq prosesində futbolçular öncə fiziki hazırlıq keçib. Ardınca meydanda məşq edən komanda toplu çalışmaları icra edib.

 

Xatırladaq ki, Topaz Premyer Liqasının XV turunun “Qarabağ” - “Qəbələ” oyunu fevralın 10-da Bakıdakı “Azərsun Arena”da keçiriləcək. Qarşılaşma saat 19:00-da başlayacaq.q

Xəbər xətti