“Nəticədən razıyıq. Çox yaxşı komandaya qarşı oynadıq. “Qarabağ”ın heyətində yaxşı oyunçular var və biz bu futbolçuların ustalıq bacarığını zərərsizləşdirdik”.
Sportal.az saytnın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib. “Qırmızı-qaralar” Topaz Premyer Liqasının XV turu çərçivəsində səfərdə “Qarabağ”ın qonağı olub. Turun mərkəzi görüşü qolsuz heç-heçə ilə yekunlaşıb. Matçdan sonra keçirilən mətbuat konfransında iştirak edən ukraynalı mütəxəssis fikirlərini bildirib:
- “Qarabağ” və “Qəbələ” bu mövsüm çempionluq üçün oynayır. Bu komandalar arasında intriqanın olması normaldı. Əlbəttə, istəyərdik ki, “Qarabağ”dan üstün olaq, amma rəqib buna imkan vermədi.
- Oyunun gedişində zədə alan Baqali Dabonun durumu ciddidi?
- Bu barədə sabah məlumat verə bilərik. Çünki futbolçu oyundan bir gün sonra tibbi müayinədən keçir və bundan sonra durumuna aydınlıq gəlir. Sabah dəqiq biləcəyik, amma istəyərdik ki, zədəsi ciddi olmasın.
- Hücumda “dişsizlik” hiss olunur. Bu mövqeyə yeni futbolçu cəlb etməyi düşünürsünüz?
- Əlbəttə, bizə hücumameyilli futbolçu lazımdı. Endi və Deyvin yerinə oyunçu qoya bilirik, amma hücuma yox. Çox istəyərdik ki, hücumçu transfer edək. Amma istədiyimiz futbolçunu tapmaq mümkün olmadı.
saytlarin hazirlanmasi