Təmkin Xəlilzadə: "Qəbələ"yə gələndə dərhal 90 dəqiqə oynayacağımı gözləmirdim"

13:34 - 11 Fevral 2018

"Toplanışdan sonra hər iki komanda üçün ilk oyun idi və ağır olacağını bilirdik. Matça yaxşı hazırlaşmışdıq. Meydana da maksimum nəticə üçün çıxmışdıq. Səfərdə bir xal qazanmağı pis nəticə saymıram. Məncə, bərabərsəviyyəli oyun getdi və ədalətli nəticə qeydə alındı".

 

Sportal.az xəbər verir ki, bu sözləri Topaz Premyer Liqasının 15-ci turunun “Qarabağ”la oyunundan sonra jurnalistlərə açıqlamasında “Qəbələ”nin müdafiəçisi Təmkin Xəlilzadə deyib. 0:0 hesabı ilə başa çatan qarşılaşma barədə danışan futbolçu meydana əvəzetmədən daxil olmasının səbəbini açıqlayıb: 

 

“Hər iki komanda da risk etmək istəmirdi. Deməzdim ki, iki xal itirdik. Bir xal da pis deyil. Qarşıda bizi hələ çox oyunlar gözləyir. Komandaya uyğunlaşmaqda çətinlik çəkmirəm. Toplanışda çox oyun keçirdik və orada da hər şey yaxşı keçdi. Oyundan-oyuna daha yaxşı olacaq. Həm Ayxan Abbasovun, həm də Roman Qriqorçukun ayrı-ayrı tələbləri var. İstər-istəməz eyni futbolu tələb edə bilməzlər. Keçmiş komandam haqda danışmaq istəməzdim. Roman Qriqorçukun tələblərini də maksimum dərəcədə meydanda yerinə yetirməyə çalışıram. Məncə, pis alınmadı. Vaxt keçdikcə əsas heyətdə yerimi tutacam. “Zirə”də daim əsas heyətdə oynamağa öyrəşmişdim. “Qəbələ” çempionluğa oynayan komandadı. Bura gələn kimi dərhal 90 dəqiqə oynayacağımı gözləmirdim. Hər şey özümdən asılıdır. Mənə bir az vaxt lazımdır. Sonra məni əsas heyətdə görəcəksiniz”.

Xəbər xətti