"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk futbolçulara təlim-məşq toplanışları zamanı ailələri ilə birgə qatılmalarına icazə verib.
Sportal.az xəbər verir ki, bu barədə ukraynalı mütəxəssis açıqlamsında deyib: "Toplanış oyuna hazırlıq yox, məşq prosesidir. Buna görə ailələri oyunçulara mane olmurlar, kömək edirlər. Futbolçuların oyunlardan əvvəl matça köklənməlidirlər. Bu zaman onların diqqətini heç nə yayındırmamalıdır. Məşq prosesində isə futbolçular evdə birgə yaşadıqları ailələrini nəyə görə toplanışa gətirməsinlər?".
"Qəbələ"nin müdafiəçisi Vitali Vernidub bu qərarla bağlı danışıb: “Təlim-məşq toplanışına ailələrimizlə birgə gəlməyə icazə verdiyi üçün baş məşqçimizə təşəkkür edirəm. Oğlumla oynamaq bərpa olunmağım üçün istənilən masajdan və hovuzdan daha çox faydalı olur”.
saytlarin hazirlanmasi