Roman Qriqorçuk: "Tələsik qiymət vermək düzgün olmazdı" MÜSAHİBƏ

17:47 - 17 Fevral 2018

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının XVI turunda bu gün "Zirə"yə evdə 2:1 hesabı ilə qalib oyundan sonra mətbuat konfransı keçirib.

 

Sportal.az xəbər verir ki, ukraynalı mütəxəsssis öncə matçı dəyərləndirib. 

 

- Bu  gün qazandığınız əzmkar qələbə fasilədəki əvəzləmələriniz hesabına oldu, yoxsa?

- Deyə bilmərəm ki, əvəzləmələr hesabında udduq. Sadəcə, meydana buraxdığımız futbolçularla düzgün oynadıq. Bu, bizim oyun üslubu idi. Yaxşı ki, bu, nəticədə də öz təsdiqini tapdı. Eyni zamanda düzgün məlumat aldıq.

 

- Oyundan sonra baş verənləri aydınlaşdırardınız. Həmkarınız futbolçularınızı, xüsusilə Ruslan Qurbanovu intizamsızlıqda günahlandırdı...

- Bu haqda qəti fikir söyləmək çətindi. Eyni zamanda biz məşqçilərə. Dərhal, tələsik qiymət vermək düzgün olmazdı. Hər şeyi analiz etmək, futbolçularla danışmaq lazımdı. Araşdırmadan sonra fikrimizi deyə bilərik. "Zirə"nin baş məşqçisinin dedikləri tələsikdi. Hərçənd, heç vaxt həmkarımın fikrini şərh etmirəm.

 

- Ayxan Abbasov dedi ki, Ruslan oyun boyu legionerləri söyürdü. Bunun nəticəsində sonra gərginlik yarandı...

- Həmkarımın dedikləri mənə aydın olmadı. Çünki Ruslanın oyunda dediklərini mən də eşirdirdim və elə bir səbəb görmürəm ki, bu haqda uzun-uzadı danışaq. 

 

- Stankoviçin yoxluğunda Ürfan Abbasovu müdafiənin mərkəzində oynatdınız. Halbuki Rasim Ramaldanovu bu mövqedə oynadA bilərdiniz. Bu riskli əvəzləmə nəylə bağlı idi?

- Bir şeyi deyə bilərəm ki, nəsə etməzdən əvvəl ciddi təhlil aparırıq. Artıq bundan sonra qərar veririk. Belə vəziyyətdə heç nəyə təəsüflənirsən. Heç kim bilməz ki, başqa cür olsaydı, necə olardı. Çox düzgün qərar verdiyimizi düşünürəm. 

 

- Qış transferiniz Təmkin Xəlilzadə keçmiş komandasına qarşı da zəif oynadı və və onu artıq fasilədə əvəzlədiniz. O, niyə hələ də siz istədiyiniz futbolu oynamır?

- Yəqin ki, bu, adaptasiyayla bağlıdı. Ona müəyyən vaxt lazımdı ki, bizim oyun üslubuna tanm uyğunlaşsın. Təmkinin potensialına heç bir şübhəm yoxdu. O, yaxşı futbolçudu. 

 

- Bu gün çempionatımızda debüt oyununu qollla qeyd edək keçmiş futbolçunuz Alkesandr Dedovu xayırlayırsınız?

- Necə xatırlamaya bilərəm? Dedov "Ventspils"də rəhbərliyim altında oynayıb. Onu Moldovadan Latviyaya gətirdik, Onda cəmi 16 yaşı vardı. Peşəkar karyerasına məndə başlayıb. Futbolda ilk addımlarını yanımda atıb. Onunla bağlı xoş xatirlərim var. Dedova uğurlar arzulayıram. (Sport24.az)

Xəbər xətti