Topaz Premyer Liqasının XVIII turunda “Neftçi”ni qəbul edəcək “Qəbələ” klubu 3 aparıcı oyunçusundan məhrumdur.
Sportal.az xəbər verir ki, cəza səbəbindən klubun 3 aparıcı oyunçusu meydançaya çıxmayacaq. Bunlar kapitan Cavid Hüseynov, vitse-kapitan Asif Məmmədov və gənc oyunçu Qismət Alıyevdir.
Cavid və Qismət “Zirə” ilə matçda məlum hadisələrdən sonra cəza almışdılarsa, Asif Məmmədov kapitan kimi çıxdığı “Səbail” ilə matçda sarı vərəqə limitini doldurub.
Qeyd edək ki, martın 4-də baş tutacaq "Qəbələ" - "Neftçi" görüşü saat 15:da start götürəcək.
saytlarin hazirlanmasi