Topaz Premyer Liqasının 18-ci turunda evdə “Neftçi”yə 1:2 hesabıyla uduzan “Qəbələ” əsas müdafiəçisi Vojislav Stankoviçi də itirib.
Sportal.az xəbər verir ki, oyunda sarı vərəqə alan Stankoviç cəzalı duruma düşdü. Serbiyalı müdafiəçi bu səbəbdən 19-cu turun “Kəpəz”ə qarşı keçiriləcək oyununu kənardan izləyəcək.
Qeyd edək ki, "Qəbələ"nin "Kəpəz"lə oyunu martın 9-da baş tutacaq.
saytlarin hazirlanmasi