“Qəbələ” İdman Klubunun təşkilatçılığı ilə keçirilən 12 yaşadək futbolçular arasında I Novruz turnirinə start verilib.
Sportal.az xəbər verir ki, Şamaxı Olimpiya Kompleksinin meydançalarında təşkil olunan yarışda 4 komanda dairəvi sistemlə mübarizə aparır.
Turnirdə “Qəbələ”, “Qəbələ UGİM”, “Sumqayıt İOEUGİM” və “Vətən”in U-12 komandaları qüvvələrini sınayır. Bu gün keçirilən ilk turun açılış matçında “Qəbələ” “Vətən”lə üz-üzə gəlib. Qarşılaşmanın taleyini “qırmızı-qaralar”ın vurduğu 1 qol həll edib – 1:0. “Qəbələ UGİM”lə Sumqayıt təmsilçisi arasında matçda tərəflər hərəyə 1 qol vurub və 1 xal qazanıb – 1:1.
Sabah iki turunun oyunları keçiriləcək turnirə yekun vurulacaq. II turda “Sumqayıt İOEUGİM”lə “Vətən”, “Qəbələ” ilə “Qəbələ UGİM” üz-üzə gələcək. Günün ikinci yarısında baş tutacaq son turda isə “Qəbələ UGİM” “Vətən”lə, “Qəbələ” “Sumqayıt İOEUGİM”lə görüşəcək.
saytlarin hazirlanmasi