"Qəbələ" İtaliyada qrup qalibi oldu

23:43 - 31 Mart 2018

İtaliyada keçirilən 13 yaşadək futbolçular arasında Qallini dünya kubokunda qrup mərhələsinə yekun vurulub. E qrupunda mübarizə aparan “Qəbələ” bu mərhələni uğurla adlayıb.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” turnirə Bolqarıstanın “Sofiya Sport B” komandası üzərində 14:0 hesablı qələbə ilə start verib. Komanda II turda İtaliya təmsilçisi “Liventina”nı 11 cavabsız qolla məyus edib.

 

“Qəbələ” qrup mərhələsinin son oyununda daha bir İtaliya klubu “Ankona” ilə üz-üzə gəlib. Komanda turnirin təşkilatçılarına müraciətinə əsasən qarşılaşmadan öncə 31 mart Azərbaycanlıların soyqırımı günü stadionda italyan dilində elan olunub və soyqırım qurbanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. “Qırmızı-qaralar” “Ankona”nı 3:1 hesabı ilə məğlub edib.

 

Beləliklə, qrupdakı hər üç matçda qalib gələn komanda mərhələni 1-ci yerdə başa vurub. “Qəbələ” 1/8 finalda Xorvatiyanın “Hayduk” (Split) klubu ilə qarşılaşacaq.

Xəbər xətti