"Qəbələ" əzmkar qələbə ilə 1/4 finalda

17:00 - 1 Aprel 2018

İtaliyada keçirilən 13 yaşadək futbolçular arasında Qallini dünya kubokunda 1/8 final mərhələsinin oyunları baş tutub.

 

Sportal.az xəbər verir ki, qrup mərhələsində keçirdiyi hər üç qarşılaşmada qalib gələn “Qəbələ”nin U-13 komandası bu səddi də uğurla adlayıb. “Qırmızı-qaralar” 1/8 finalda Xorvatiyanın “Hayduk” klubunu mübarizədən kənarlaşdırıb. Oyunun gedişində Split təmsilçisi 2:0 hesabı ilə önə keçsə də, "Qəbələ" əzmkar qələbə qazanmağı bacarıb - 3:2. “Qırmızı-qaralar”ın heyətində Elmir Hüseynli, Okan Təhməzli və Şahin Şahniyarov fərqlənib. Komanda daha bir qol vurmaq imkanı qazansa da, penaltidən dəqiq istifadə olunmayıb. 

 

“Qəbələ” 1/4 finalda İsveçrənin “Mendrisiotto Selection” komandası ilə görüşəcək.

 

Xatırladaq ki, “Qəbələ” qrupda Bolqarıstanın “Sofiya Sport B” komandasına 14:0, İtaliya təmsilçiləri “Liventina”ya 11:0, “Ankona”ya 3:1 hesabı ilə qalib gəlib.

Xəbər xətti