"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının XXI turunda "Sumqayıt"la ev oyunundan sonra mətbuat konfransı keçirib.
Sportal.az Sport24.az- saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssis əvvəlcə 1:1 hesabıyla nəticələnən matçı dəyərləndirib.
- Qalib gəlmək istəyirdik. Bu, bizə ilk növbədə strateji baxımdan lazım idi. Üstəlik, son vaxtlarda sıx qrafikdə oynayırıq və psixoloji cəhətdən qələbə vacib idi. Qarşıda kubok oyunlarının da gəldiyini nəzərə alsaq, qələbəyə böyük ehtiyacımız vardı. Ancaq alınmadı, səhvlərimizi təhlil edəcəyik.
- Neçənci dəfə “Qarabağ” xal itirir, “Qəbələ” bundan istifadə edə bilmir. Hesab etmirisniz, “Qəbələ”nin gücü elə 2-ci yerdi?
- Bununla mübahisə etməyəcəyəm. Etiraf edirəm ki, “Qarabağ” bizdən daha yüksək səviyyədədi. Əlimizi yana salmırıq. “Qarabağ”a gücümüzü göstərmək istəyirik. Çempionat öz aralarındakı oyunlarda yox, bütün rəqiblərə qalib gələndə qazanılır.. Bunun üçünsə komandanın ustalıq səviyyəsi yüksək olmalıdı. Bu, vacib amildi. Hansısa çatışmazlıq olanda, məqsədinə çata bilmirsən.
- Sizcə, "Qəbələ" bu gün arzuladığınız hücum futbolunu göstərdimi?
- Deyə bilmərəm ki, bu gün çox yaxşı, ideal oynadıq. İdeal oyun ilk növbədə hücumda yaxşı oynamaqdı. Digər tərəfdən, bu gün futbolçularımızı da çox qınaya bilmərəm. Çünki yetirmələrim çox istəkli, meydanda çalışdılar. Onu da başa düşürəm ki, hücumun sonluğunda yaxşı oynamağımız lazım idi.