Topaz Premyer Liqasının 22-ci turunda “Zirə” “Qəbələ”ni qəbul edir.
Sportal.az xəbər verir ki, Zirə idman kompleksinin stadionunda keçirilən matçın 14-cü dəqiqəsində gərgin anlar yaşanıb. Meydan sahiblərinin hücumçusu Riçard Qadze ilə qonaqların qapıçısı Dmitri Bezotosnı cərimə meydançasında toqquşub. Bu vaxt “Zirə”nin futbolçuları matçın baş hakimi Rəvan Həmzəzadədən penalti tələb etsə də, hakimin fiti susub. Xüsusilə, baş məşqçi Ayxan Abbasov baş hakimə sərt etiraz edib.
Bir müddət sonra, matçın 25-ci dəqiqəsində isə həmin epizodda zədə almış Bezotosnı Aqil Məmmədovla əvəzlənib.
İlk hissədən sonra oyunda hesab açılmayıb.
saytlarin hazirlanmasi