Roman Qriqorçuk: "İlk növbədə bunun üçün təklif almalıyam"

11:43 - 10 Aprel 2018

"Hazırda Latviya millisində işləməyi düşünmürəm. İlk növbədə bunun üçün təklif almalıyam. Həmin vaxt konkret fikrim olar".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk söyləyib. Ukraynalı mütəxəssis Latviya millisini çalışdıracağı ilə bağlı yayılan iddialara münasibət bildirib. Sportacentrs.com saytına danışan təcrübəli çalışdırıcı ötən il Marian Paxarın istefasından sonra Latviya millisindən təklif aldığını deyib:

 

"İndi belə bir təklif yoxdur. Ona görə də bu barədə fikirləşmirəm. Ötən il Marian Paxarın istefasından sonra federasiya ilə müəyyən danışıqlarımız oldu. Amma bunu konkret adlandırmazdım”.

 

Qriqorçuk Latviya Futbol Federasiyasının prezidenti vəzifəsinə namizəd olan Kaspar Qorkşla xoş sözlər deyib:

 

"Kasparla bağlı nəinki xoş xatirələrim var, həmçinin, bu cür güclü, mədəni, inkişaf edən və dərrakəli futbolçu ilə işlədiyim üçün ona minnətdaram. Onun namizədliyinin lehinəyəm. Çünki bu adamın böyük işlər görə biləcəyini bilirəm. Kaspar prezident seçilsə, ondan zəng gözləyəcəyəmmi? O, istənilən vaxt mənə zəng edə bilər. Onunla danışmağa şad olaram. Ehtiyac olsa, hər zaman ona kömək edərəm”.

Xəbər xətti