Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunu çərçivəsində “Neftçi”yə 1:2 hesabı ilə məğlub olan “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib.
Sportal.az xəbər verir ki, ukraynalı mütəxəssis ilk öncə oyun haqda fikirlərini bildirib.
- İndi geniş təhlil vermək fikrində deyiləm. Heç bir oyunçuma mənfi bir şey deyə bilmərəm. Futbolçularımız motivasiyalı idi. Kritik vəziyyət deyil. Oyuna çox yaxşı başladıq. Çox təəssüf ki, ələ düşən imkanlardan yararlana bilmədik. Əvəzində rəqibə qol hədiyyə etdik. Bizim üçün ən pis ssenari oldu. Ancaq cavab oyununda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.
- Bu gün futbolçularda yetərincə məsuliyyət hissi görmədik. Bu fikirlə razısız?
- Yox, heç bir halda. Bu gün onlar əllərindən gələni etdi
- Ancaq Cavid Hüseynov oyunu bərbad keçirdi. Qismət Alıyevin yetərincə səhvləri oldu. Meydanda hansı canqoymadan söhbət gedə bilər?
- Futbolçu hücumu tamamlaya bilmirsə, deməli, onda bir qədər ustalıq çatışmır. Gənc futbolçular belə səhvlərə yol verə bilər. Buna görə oyunçularımı qınaya bilmərəm.
- Bu nəticədən sonra cavab oyunu üçün nə deyə bilərsiz?
- Hər hansı proqnoz verə bilmərəm. Yenə deyirəm, faciəvi bir şey baş verməyib. Bu gün şanslarımızın olduğunu görürəm. Əlimizdən gələni edəcəyik ki, daha səviyyəli oynayaq və Bakıda minimum 2 qol vuraq. Sadəcə, hücumları tamamlamaq üçün ustalığımızı artırmalıyıq.
- Rasim Ramaldanovda nə çatmır ki, əsas heyətdə yer almır?
- Mən başa düşmürəm, niyə məhz Rasimi qeyd edirsiz. Bu gün 7 nəfər oynamayıb.
- Məsələ burasındadı ki, bu futbolçu stopper olsa da, cinah müdafiəçisini onun mövqeyində oynadırsız...
- Məşqçilərlə çox şeyi müzakirə edirik. Kimin oynamağa hazır və layiq olduğunu görürüksə, ona şans veririk. Rasim bu gün oynamasa da, sabah meydana çıxa bilər. (Newsport.az)
saytlarin hazirlanmasi