"Qəbələ"dən ayrıldı, sabiq komandasına keçir

13:18 - 17 May 2018

"Qəbələ"dən ayrılan Dion Omar Malone karyerasını Hollandiyada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı dayaq yarımmüdafiəçi sabiq komandası "Den Haaq"ın transfer hədəfindədir. Surinam əsilli hollandiyalı futbolçunun "Den Haaq"a keçidi böyük ölçüdə həll olub.

 

29 yaşlı futbolçu "qırmızı-qaralar"da 21 oyun keçirib.

 

Əlavə edək ki, "Qəbələ" "Göztəpə"dən icarəyə götürdüyü Famusa Konenin transfer hüququna yiyələnmək üçün Türkiyə klubuna müraciət etməyəcək.

Xəbər xətti