"Qəbələ" azarkeşlərindən bayram pankartı FOTO

18:20 - 28 May 2018

Bu gün Azərbaycan Kubokunun final oyunu keçiriləcək. Həlledici görüşdə “Qəbələ” və “Keşlə” üz-üzə gələcək.

 

Sportal.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçiriləcək matça saat yarım qalmasına baxmayaraq, artıq tribunalarda kifayət qədər azarkeş var. Yerli fanatlar maçtdan öncə pankart açıblar. 28 may - Respublika günü münasibətilə “100 ilə bərabər 23 ay” plakatı açılıb. Azarkeşlər bununla Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq ömrünə və və 100 illiyinin tamamlanmasına işarə vurublar.

 

“Keşlə” – “Qəbələ” görüşü 20:00-da start götürəcək.

 

Xəbər xətti