"Qəbələ" 1/4 finalda mübarizəni dayandırdı

00:05 - 2 İyun 2018

Xorvatiyanın Riyeka şəhərində keçirilən 17 yaşadək futbolçulardan ibarət komandalar arasında 66-cı Kvarnerska Riviyera turnirində 1/4 final mərhələsinin oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, “Qəbələ”nin U-17 komandası yarımfinala vəsiqə uğrunda matçda Sloveniyanın “Olimpiya” klubu ilə qarşılaşıb. Gərgin və maraqlı oyun şəraitində keçən qarşılaşmanın taleyini 1 qol həll edib. Minimal hesabla qalib gələn Lyublyana təmsilçisi yarımfinala adlayıb. Turnirdə ilk məğlubiyyətini alan “Qəbələ” mübarizəni dayandırıb.

 

Xatırladaq ki, U-17 qrupda Sloveniya “Domjale”si ilə qolsuz heç-heçə edib, Xorvatiya “Omişal”ını 2:0 hesabı ilə məğlubiyyətə uğradıb və yerli “Osiyek”lə sülhə imza atıb – 1:1.

Xəbər xətti