Rasim Ramaldanov: "Yəqin ki, "Qəbələ"də qalaram"

12:48 - 6 İyun 2018

Rasim Ramaldanovun "Qəbələ" ilə müqaviləsi başa çatıb.

 

Sportal.az-a açıqlama verən 32 yaşlı müdafiəçi "qırmızı-qaralar"dakı gələcəyindən danışıb:

 

"Heç bir xəbər yoxdur. Yəqin ki, klubda qalaram. Digər təkliflərə cavab vermirəm. Hazırda istirahətdəyəm. Bir neçə gündən sonra transfer məsələlərinə baş qoşacam". 

 

Qeyd edək ki, "Qəbələ" daha öncə Dmitri Bezotosnı, Asif Məmmədov, Elvin Camalov və kapitan Cavid Hüseynovla müqaviləni uzadıb.

Xəbər xətti