"Qəbələ" Macarıstanda qələbə ilə başladı

00:16 - 9 İyun 2018

Macarıstanda keçirilən 15 yaşadək futbolçular arasında Qallini Dünya Kubokuna start verilib. 

 

Sportal.az xəbər verir ki, “Qəbələ”nin U-15 komandası Budapeştdə keçirdiyi ilk oyunda yerli “Dinamo Star” klubu ilə üz-üzə gəlib.

 

“Qırmızı-qaralar” bu matçda 2:1 hesablı qələbə qazanıb. "Qəbələ"nin qollarına Kamal Kazımov və Ümüd Həmzəyev imza atıblar. B qrupunda mübarizə aparan “Qəbələ” 2-ci oyununu bu gün İtaliyanın “Venetsiya” klubu qarşı keçirəcək. 

Xəbər xətti