“Qəbələ”nin mövsümlərarası fasilədəki hazırlıq proqramı müəyyənləşib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, 2017/18 mövsümü başa çatdıqdan sonra istirahətə buraxılan komanda iyunun 12-də hazırlıqlara start verəcək. Qəbələdə bir araya gələcək “qırmızı-qaralar” ayın 18-dək məşqlərini doğma arenada gerçəkləşdirəcək. Milli komandaların düşərgəsindən qayıdan futbolçular xüsusi proqramla hazırlaşacaq.
“Qəbələ” UEFA Avropa Liqası ilə start verəcəyi 2018/19 mövsümünün hazırlığını Sloveniyada davam etdirəcək. İyunun 20-də bu ölkəyə yollanacaq “Qəbələ” təlim-məşq toplanışını iyulun 7-dək sürdürəcək. Bu müddətdə komanda 4 yoxlama oyunu keçirəcək. Bu matçlardakı rəqiblər dəqiqləşməsə də, qarşılaşmalar iyunun 23-də, 28-də, iyulun 1-də və 5-də baş tutacaq.
saytlarin hazirlanmasi