İcarədə olan futbolçular geri döndü, Sənan Qurbanov "Qəbələ"ni ilk məşqə çıxardı

01:19 - 13 İyun 2018

“Qəbələ” 2018/19 mövsümünün hazırlıqlarına start verib. 

 

Sportal.az klubun saytına istiniadən xəbər verir ki, qarşıdakı mövsümdə UEFA Avropa Liqasında çıxış edəcək “qırmızı-qaralar” bu gün Qəbələdə bir araya gəlib. 

 

Komanda ilk məşqini doğma stadionda gerçəkləşdirib. Öncə fitnes zalında fiziki hazırlıq keçən futbolçular ardınca meydanda toplu çalışmaları yerinə yetirib.

 

Baş məşqi Sənan Qurbanovun rəhbərliyi ilə keçən məşq prosesində “Kəpəz”də icarə müddəti başa çatan Roman Hüseynov da iştirak edib. “Sumqayıt”dan qayıdan Bəhlul Mustafazadə, həmçinin U-21-in düşərgəsindən dönən digər futbolçular hazırlıq prosesinə iyunun 14-də qoşulacaq. Onlar kimi əsas millinin üzvləri də bugünkü hazırlıq prosesinə qatılmayıblar.

 

Xatırladaq ki, iyunun 18-dək Qəbələdə hazlrlıq keçəcək “qırmızı-qaralar” ayın 20-də Sloveniya təlim-məşq toplanışına yollanacaq.

Xəbər xətti