“Qəbələ” günü tək məşqlə başa vurdu

00:53 - 16 İyun 2018

“Qəbələ” 2018/19 mövsümünə hazırlığını davam etdirir.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda gerçəkləşən təlim-məşq toplanışının 4-cü gününü arxada qoyub. Komanda günü bir məşqlə tamamlayıb.

 

Baş məşqçi Sənan Qurbanovun yetirmələri günün ikinci yarısına təsadüf edən hazırlıq prosesində əsasən toplu çalışmalara üstünlük verib. “Qırmızı-qaralar” sabah iki məşqi baş tutacaq.

Xəbər xətti