“Qəbələ” “Barselona” ilə eyni qrupda

00:00 - 16 İyun 2018

Çexiyada keçirilən 16 yaşadək futbolçulardan ibarət komandalar arasında “All Stars Cup” turnirində ilk oyun gününə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, “Qəbələ”nin U-16 komandası I qrup mərhələsində 3 oyun keçirib.

 

İlk turda Yaponiya təmsilçisi “Avispa Fukuoka” ilə görüşən futbolçularımız meydanı xalsız tərk edib – 0:2. Yerli “Fastav Jlin”lə qarşılaşmada isə “Qəbələ” 1:0 hesabı ilə qalib gəlib. Matçdakı yeganə qolu Aqil Nəsibov vurub. Son turda Portuqaliyanın “Porto” klubu ilə qarşılaşan U-16 0:4 hesabı ilə məğlub olub. Qrupu 3 xalla başa vuran “qırmızı-qaralar” 3-cü yeri tutub.

 

Sabah II qrup mərhələsinin oyunları baş tutacaq. “Qəbələ”nin bu mərhələdəki rəqibləri öz qruplarınnda qalib olan Almaniya “Herta”sı, 2-ci yeri tutan İspaniya “Barselona”sı və 4-cülüklə kifayətlənən Rusiya “Zenit”idir.

 

Sabah keçiriləcək görüşlərdən sonra ilk iki günün nəticələrinə əsasən ən yaxşı 8 komanda mükafatlar uğrunda, digər 8 iştirakçı 9-16-cı yerlər üçün mübarizə aparacaq.

Xəbər xətti