"Qəbələ” mövsümlərarası fasilədə hazırlıqlarını davam etdirir.
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Qəbələdə gerçəkləşən təlim-məşq toplanışının 5-ci gününü başa vurub. Komanda iki dəfə məşq edib. Bu gün Qəbələ şəhər stadionunda keçiriləcək məşq prosesi ilə hazırlığın 1-ci mərhələsi başa çatacaq.
Ardınca Bakıya yollanacaq “Qəbələ” paytaxtda yoxlama oyunu keçirəcək. Komanda iyunun 18-də MOİK-lə üz-üzə gələcək. Qarşılaşma saat 11:30-da başlayacaq. “Qəbələ” iyunun 20-də Sloveniya təlim-məşq toplanışına yollanacaq.
saytlarin hazirlanmasi