Çexiyanın paytaxtı Praqada keçirilən “All Stars Cup” turnirinə yekun vurulub.
Sportal.az xəbər verir ki, “Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası yarışın son oyun günündə 3 matç keçirib.
9-16-cı yerlər uğrunda mübarizə aparan “qırmızı-qaralar” öncə Çexiya “Fastav Jlin”i ilə qarşılaşıb. Qolsuz bitən görüşdə penaltiləri daha dəqiq yerinə yetirən meydan sahibləri qalib gəlib – 5:4. Çexiyanın digər təmsilçisi “Slovaçko”ya 0:2 hesabı ilə uduzan “Qəbələ” son qarşılaşmada Türkiyə “Beşiktaş”ı ilə üz-üzə gəlib. Qolsuz bitən görüşdə “Qəbələ” penaltilərlə qalib gəlib – 6:5.
Beləliklə, “qırmızı-qaralar” turniri 15-ci yerdə başa vurub. Turnirin qalibi adına isə finalda Almaniya “Herta”sına 2:0 hesabı ilə qalib gələn İspaniya “Barselona”sı yiyələnib.
saytlarin hazirlanmasi