"Albaniyada "Tirana" akademiyasında futbola başlamışam. Orada peşəkar karyeram ərzində ölkə çempionu olmuşam, kuboku qazaznmışam və Super kuboka yiyələnmişəm. Daha sonra Xorvatiyada "Lokomotiv"də legioner həyatı yaşamışam. 1 il sonra ölkəmə qayıtdım və "Skenderbeu"da 6 il ərzində 5 çempionluq, 1 ölkə kuboku və 2 dəfə Super kubok qalibi olmuşam".
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin "Skenderbeu"dan transfer etdiyi 29 yaşlı Sabien Lilay deyib. Albaniya millisinin yarımmüdafiəçi Azərbaycana gəlişi haqda və hədəflərindən danışıb:
"Azərbaycan haqda elə də məlumatlı deyildim. "Qarabağ"dan Ansi Aqollini tanıyıram. Təklif gələndə "Qəbələ" haqda məlumat aldım. Komandanın iki dəfə Avropa Liqasının qrup mərhələsində oynaması seçimimə təsir etdi. Bu transfer mənim karyeramda irəli addımdır. Daha yaxşı ölkə və kluba gəlmişəm. Ümid edirəm ki, Avropa Liqasının qrupunda oynayacağıq. Bu mənim üçün fantastik nəticə olar. Niyə də çempionluğa oynamayaq? Bilirəm bu, asan deyil. Əlimizdən gələni etməliyik və o zaman bu arzu reallaşa bilər. Öncə azarkeşlərə təşəkkür edirəm. Transfer xəbərindən sonra mənə çoxsaylı azarkeş mesaj yazıb. Onlar üçün ən yaxşısını etməyə söz verirəm. Ümid edirəm ki, burda qələbələr qazanıb, titullar əldə edəcəyik".
saytlarin hazirlanmasi