Sənan Qurbanov: "Oyunçuların buna cəhd etdiklərini gördüm"

00:30 - 24 İyun 2018

“Kukesi” yetərincə ciddi rəqib idi. Məlumat toplamaq üçün yaxşı qarşılaşma oldu”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Albaniyanın “Kukesi” klubu ilə keçirilən yoxlama oyunundan (1:1) sonra deyib. Gənc məşqçi klubun saytına açıqlamasında komandanın oyunundan razı qaldığını bildirib:

 

"Sloveniya toplanışına 3 gün öncə başladığımızı nəzərə alsaq, bu oyundan, xüsusilə də ikinci hissədən razı qaldım. Fiziki hazır olduğumuzu deyə bilmərik. Buna görə də elə oyun üslubu seçmişdik ki, futbolçularımız az qaçsınlar, topla davransınlar, sıx oynasınlar. “Kukesi” ilə qarşılaşmada oyunçuların buna cəhd etdiklərini gördüm. Demək olar ki, futbolçular düz yoldadır. Matçdan istədiklərimi ala bildim. Oyunu analizi edəcəyik. Toplanışa onun üçün gəlmişik ki, səhvlərimizin üzərində işləyək. Futbolçulardan oyunlar zamanı aldıqlarımızı daha da çoxaltmaq istəyirik”.

Xəbər xətti