“Qəbələ” 2018/19 mövsümünün hazırlıqlarını davam etdirir.
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Sloveniyada təşkil olunan təlim-məşq toplanışının 6-cı gününü başa vurub.
Komanda günü iki məşqlə yekunlaşdırıb.
Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçən hər iki məşq fiziki və toplu çalışmalardan ibarət olub.