Cavid Hüseynov geri döndü

10:14 - 2 İyul 2018

“Qəbələ” 2018/19 mövsümünün hazırlıqlarını Sloveniyada davam etdirir. 

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” bu ölkədə təşkil olunan təlim-məşq toplanışının 12-ci gününü arxada qoyub. 

 

Komanda günü bir məşqlə yekunlaşdırıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında gerçəkləşən məşq prosesi fiziki və toplu çalışmalardan ibarət olub. 

 

Ardınca futbolçular ikitərəfli oyun keçirib. Zədəyə görə komandaya iyunun 27-dən qoşulan Cavid Hüseynov bərpa xarakterli çalışmaları davam etdirib. Yarımmüdafiəçi topsuz, fərdi fiziki çalışmaları yerinə yetirib.

Xəbər xətti