"Qəbələ"nin yeni transferi VİDEO

11:09 - 5 İyul 2018

"Qəbələ" toqolu futbolçu Lalavele Atakoranı heyətinə qatıb. 28 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

 

19 yaşından Avropada legioner həyatı yaşayan Atakora 2009-cu ildə Norveçin “Fredrikstad” klubuna keçib. 2009-10-cu illərdə bu klubda çıxış edən yarımmüdafiəçi İsveçdə “Varnamo” (2010), AİK (2011-14) və “Helsinqborq”un (2015-2016) formasını geyinib. O, AİK-in heyətində UEFA Avropa Liqasında 9 oyun keçirib. 2013/14 mövsümündə Türkiyədə “Balıkəsirspor”un formasını geyinən Lalavelenin son komandası da qonşu ölkədə olub. Atakora ötən mövsüm “Adana Dəmirspor”un heyətində ümumilikdə 33 qarşılaşmada 3 qol vurub. Milli komanda ilə 2007-ci ildə Toqoda keçirilən 17 yaşadək futbolçular arasında Afrika çempionatında iştirak edən Atakora turnirin gümüş mükafatını qazanıb, həmçinin ən yaxşı futbolçusu seçilib. O, Toqo yığmasının heyətində həmin il təşkil olunan yeniyetmələrin dünya çempionatına da qatılıb. 2008-ci ildə Toqonun ən yaxşı gənc futbolçusu adına yiyələnən yarımmüdafiəçi 2011-ci ildə ölkəsinin əsas milli komandasında debüt edib. Lalavele bu komandada 13 oyunda 1 qol vurub.

 

Sportal.az futbolçunun performansından hazırlanan videonu təqdim edir:

 

Xəbər xətti