İyulun 12-də UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” Lüksemburqun “Proqres” klubu ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutacaq matç öncəsi komandaların bu arenada məşqi və baş məşqçilərin mətbuat konfransı keçiriləcək.
Qarşılaşmadan bir gün əvvəl - iyulun 11-də saat 18:30-da “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov jurnalistlərin önünə çıxacaq. Saat 19:00-da isə “qırmızı-qaralar”ın oyunöncəsi son məşqi baş tutacaq.
Lüksemburq təmsilçisinin baş məşqçisi Paolo Amodionun iştirakı ilə mətbuat konfransı saat 19:00-da başlayacaq. 1 saat sonra isə qonaqlar son məşqini gerçəkləşdirəcək.
Xatırladaq ki, “Qəbələ” və “Proqres” arasında ilk oyun iyulun 12-də keçiriləcək. Qəbələ şəhər stadionundakı matç saat 20:00-da başlayacaq.
saytlarin hazirlanmasi