“Yeni komandayıq. Bir neçə oyunçu getdi, onların yerinə gələnlər oldu. Heyətin formalaşması üçün bir qədər vaxt lazımdı”.
Sportal.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin müdafiəçisi Vojislav Stankoviç deyib. Serbiyalı futbolçu Avropa Liqasının I təsnifat mərhələsində “Proqres”lə keçirilən matçı dəyərləndirib. “Qırmızı-qaralar”ın 0:2 hesablı məğlubiyyətinə baxmayaraq, Stankoviç hələ də cavab görüşü üçün ümidlidi:
“Bu məğlubiyyət o demək deyil ki, komandamız hazır deyil. Rəqib oyunu müdafiədən qurdu və əks-hücumlara bel bağladı. Öz səhvlərimizdən qollar buraxdıq. Onlar bizim səhvlərimizdən lazımınca yararlandılar. Biz isə əlimizə düşən imkanlardan istifadə edə bilmədik və məğlub olduq. Ancaq bizim üçün avrokubok mövsümü hələ bitməyib. Necə ki, onlar burda 2 qol vurdular, biz də Lüksemburqda 2-3 qol vura bilərik".
saytlarin hazirlanmasi