"Evdə keçirilən ilk oyunda məğlub olmağımız çox pis haldır. Rəqib komanda nə qədər kompakt, müdafiə futbolu göstərsə də, biz öz oyunumuzu nümayiş etdirsəydik, nəticə fərqli ola bilərdi".
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov deyib.
"Qırmızı-qaralar" sabah Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Lüksemburqun "Proqres" klıubunun qonağı olacaq. Oyundan öncə baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib.
O, ilk oyundakı məğlubiyyətə baxmayaraq, komandasına güvəndiyini söyləyib: "Öz meydanımızdakı məğlubiyyətdən sonra mərhələ adlamağımız çətin görünür. Lakin mən komandamıza inanıram. Lüksemburqa da bu fikirlə gəlmişik. “Proqres”dən güclü olduğumuzu sübut etmək istəyirik”.
Qurbanov komandadakı durum və heyətdə gözlənilən dəyişikliklər barədə də danışıb: “Komandada yaxşı ab-hava var. İlk oyundakı məğlubiyyət bizi daha da birləşdirib. Komanda şəklində qarşılaşmadan müsbət nəticə ilə ayrılmaq istəyirik. Bilirik ki, səviyyə baxımından rəqibdən üstünük. Səfər matçında qalib gəlib, mərhələ keçmək istəyirik. İlk oyunla müqayisədə heyətdə bir neçə dəyişiklik olacaq. Vojislav Stankoviç zədəli olduğu üçün səfər matçına gəlməyib. İlk görüşü zədə səbəbindən buraxan komandamızın kapitanı Cavid Hüseynovun səfər matçında meydana çıxmaq ehtimalı yüksəkdir”.
saytlarin hazirlanmasi