Sabiq "Qəbələ"li BƏƏ klubunda

16:22 - 24 İyul 2018

“Qəbələ”nin akademiyasında çalışan və əvəzedici komandasının baş məşqçisi olmuş Luis Araqonun yeni iş yeri bəlli olub.

 

Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis BƏƏ-də çalışacaq. O, bu ölkənin "Əl-Əin" klubunun akademiyasında işə başlayıb.

 

Xatırladaq ki, vaxtilə “Barselona”nın Futbol Məktəbinin texniki direktoru vəzifəsini yerinə yetirən Luis Araqon Kataloniya klubunda həm də seleksiyaçı-məşqçi postunda çalışıb. O, İspaniya və İtaliyada “Barselona” Yay Futbol Məktəblərinin təşkilinə də rəhbərlik edib. Onun “Qəbələ”də əsas vəzifəsi Futbol Akademiyasında “Barselona” sisteminə uyğun yetişən futbolçuların əvəzedici heyətdə sistemə uyğunlaşma prosesini tamamlamaq və əsas komandanı hazır futbolçularla təmin etməkdən ibarət olub. Əcnəbi çalışdırıcı 2012-ci ildə "Qəbələ"yə gəlmişdi. Mütəxəssis 2013-cü ildə “Qəbələ”nin U-19 komandasına ölkə birinciliyinin qızıl, 2014-cü ildə “qırmızı-qaralar”a əvəzedicilərin çempionatında gümüş medalları qazandırıb. Araqon 2015-ci ildə başa çatan müqaviləsini uzatmamışdı.

Xəbər xətti