Topaz Premyer Liqasının 2018/19 mövsümünə hazırlaşan “Qəbələ” yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, Sənan Qurbanovun komandası klubun əvəzediciləri ilə qarşılaşıb. “Bakı” FK-nın təlim-məşq bazasında keçirilən matçda əsas komanda 2:1 hesabı ilə qalib gəlib. Əsas komandanın qollarını Rauf Əliyev və Ceyms Adeniyi vurub.
Xatırladaq ki, “Qəbələ” Premyer Liqa öncəsi son yoxlama oyununu avqustun 4-də “Keşlə”yə qarşı keçirəcək.
saytlarin hazirlanmasi