“Qəbələ” Topaz Premyer Liqasının 2018/19 mövsümünün ilk turunun hazırlığına start verib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” “Səbail”lə avqustun 12-də keçiriləcək qarşılaşmaya Bakıda hazırlaşır. Avqustun 4-də keçirilən “Keşlə” ilə yoxlama oyunundan (2:0) sonra birgünlük istirahətə buraxılan komanda bir araya gəlib. “Qəbələ” bu gün “Bakı”nın təlim-məşq bazasında hazırlıq keçib. Günün ikinci yarısına təsadüf edən məşq prosesi fiziki hazırlıqla başlayıb. Ardınca futbolçular toplu çalışmaları yerinə yetiriblər.
Xatırladaq ki, avqustun 12-də keçiriləcək “Qəbələ” – “Səbail” matçı saat 19:00-da başlayacaq. Oyun Qəbələ şəhər stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi