“Bizim üçün üzücü məğlubiyyət oldu. Kobud səhvlər etdik”.
Sportal.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov deyib. “Qırmızı-qaralar” Topaz Premyer Liqasının II turunda səfərdə “Neftçi”yə məğlub olub. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gənc çalışdırıcı fikirlərini bildirib:
- İlk hissədə oyunumuz alınmadı, rəqib bundan istifadə etdi. İkinci hissədə yetərincə qol imkanlarımız oldu. Yenə deyirəm, kobud səhvlərdən qollar buraxdıq. Növbəti oyunlarda əlimizə düşən imkanlardan maksimum yararlanmalıyıq.
- “Qəbələ” bu oyuna ənənəvi heyətlə çıxmışdı. İlk oyundakı heyəti dəyişmək mümkün deyildi?
- Əlimizdə nə imkan varsa, maksimum, bacardığımız qədər ondan istifadə etməyə çalışırıq. Gələcək oyunlarda da bu futbolçularla mübarizə aparacağıq.
- Monroz sanki oyuna hazır deyildi. Bu fikirlə razısınız?
- Monroz zədəli idi, dünən komanda ilə məşqlərə başlayıb. Deməzdim ki, passiv idi. Amma sizinlə razı deyiləm, hücumçu kimi özünü göstərə bildi.
saytlarin hazirlanmasi