"Qəbələ" Bakıda hazırlaşır

00:15 - 22 Avqust 2018

“Qəbələ” Topaz Premyer Liqasının III turunun hazırlığını davam etdirir. 

 

Sportal.az xəbər verir ki, avqustun 19-da keçirilən “Neftçi” ilə II turun qarşılaşmasından (1:2) sonra məşqlərə ara verməyən “qırmızı-qaralar” hazırlıqlarını Bakıda gerçəkləşdirir. 

 

Oyunun ertəsi gün matçın iştirakçıları bərpa xarakterli məşqlə kifayətlənibsə, digər oyunçular toplu çalışmaları yerinə yetirib. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında  keçirilən bugünkü hazırlıq prosesi yüngül qaçışla başlayıb. “Bakı”nın təlim-məşq bazasında baş tutan məşq prosesində fiziki təmrinləri yerinə yetirən futbolçular ardınca toplu hərəkətləri icra edib.

 

Xatırladaq ki, Topaz Premyer Liqasının III turunun “Qəbələ” – “Sumqayıt” oyunu avqustun 25-də baş tutacaq. Qəbələ şəhər stadionundakı matç saat 18:00-da başlayacaq.

Xəbər xətti