“Qəbələ”nin UEFA Gənclər Liqasındakı potensial rəqibləri məlum oldu

00:24 - 1 Sentyabr 2018

Sentyabrın 4-də UEFA Gənclər Liqasının Çempionlar yolunda püşkatma mərasimi keçiriləcək.

 

Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq tədbirdə "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının rəqibi də müəyyənləşəcək.

 

Püşkatmada UEFA reytinqinə əsasən seçilmiş 32 ölkənin çempionunun qatıldığı yol üzrə iki mərhələsinin cütləri müəyyənləşəcək. AFFA-nın keçirdiyi Gənclər Liqasının çempionu olan "qırmızı-qaralar"ın ilk raunddakı rəqibi, həmçinin bu cütün qalibi ilə qarşılaşacaq digər dueldə üz-üzə gələn komandalar bəlli olacaq.

 

Artıq püşkatmaya qatılacaq çempionların hamısı dəqiqləşib. "Qəbələ"nin potensial rəqibi olan 31 komanda bunlardı: "Herta" (Almaniya), "Çelsi" (İngiltərə), "Monpelye" (Fransa), "Anji" (Rusiya), "Dinamo" (Kiyev, Ukrayna), "Anderlext" (Belçika), "Altınordu" (Türkiyə), "Siqma" (Çexiya), "Bazel" (İsveçrə), PAOK (Yunanıstan), "Admira" (Avstriya), "Dinamo" (Zaqreb, Xorvatiya), "Vitorul" (Rumıniya), "Midtyulland" (Danimarka), "Minsk" (Belarus), "Lex" (Polşa), "Elfsborq" (İsveç), "Makkabi" (Təl-Əviv, İsrail), "Hamilton Akademikal" (Şotlandiya), AEK (Limassol, Kipr), "Molde" (Norveç), "Septemvri" (Bolqarıstan), "Astana" (Qazaxıstan), "Maribor" (Sloveniya), "Jilina" (Slovakiya), "İlleş Akademiya" (Macarıstan), "Şerif" (Moldova), "Reykyavik" (İslandiya), HİK (Finlandiya), "Vlajniya" (Albaniya), "Bohemian" (İrlandiya).

 

1-ci mərhələnin oyunları oktyabrın 3-də və 24-də baş tutacaq. Bu raundun qaliblərinin qatılacağı 2-ci mərhələnin matçları isə noyabrın 7-də və 28-də keçiriləcək.

 

Xatırladaq ki, artıq turnirin Çempionlar Liqası yolunun püşkatması baş tutub və 32 komanda 8 qrupa bölünüb.

Xəbər xətti