“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə məşqlərini davam etdirir.
Sportal.az xəbər verir ki, Bakıda hazırlıq keçən “qırmızı-qaralar” iki yoxlama oyununa çıxmağı planlaşdırır.
Sənan Qurbanovun baş məşqçisi olduğu komanda sentyabrın 4-də MOİK-lə üz-üzə gələcək. Birinci Divizion təmsilçisi ilə qarşılaşma “Bakı”nın təlim-məşq bazasında baş tutacaq.
“Qəbələ”nin ikinci rəqibi Topaz Premyer Liqasında çıxış edən “Zirə” olacaq. Qəsəbə təmsilçisi ilə matç sentyabrın 8-də keçiriləcək. Bu oyunun baş tutacağı arena yaxın günlərdə dəqiqləşəcək.
Xatırladaq ki, “qırmızı-qaralar”ın məşqlərində milli komandalara çağırılan futbolçular iştirak etmir.
saytlarin hazirlanmasi